Qadın asqırarkən ağzındakı iynəni uddu - FOTO

Qadın asqırarkən ağzındakı iynəni uddu - FOTO backend

Baş örtüyünü düzəltmək üçün ağzına aldığı iynəni asqırarkən udan qadının mədəsindən təqribən 3,5 sm iynə çıxarılıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Qaziosmanpaşada baş verib.

İki uşaq anası olan 45 yaşlı Semiha Keçeci tələsdiyi üçün örpəyini düzəldərkən iynəni ağzına alıb. Bu zaman qadın anidən asqırıb. Asqıranarkən qadın ağzında olan iynəni udub. İynəni udduğunu anlayan qadın əvvəl şok olub, sonra pis ağrılar başlayıb.

Təcili yardımla xəstəxanaya çatdırılan xəstənin mədəsinə düşən iynə endoskopik əməliyyatla çıxarılıb.

QAZİLER.AZ

Diaspora