Yaxtada sərnişin və it olub
“Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə "Admiral Qorşkovun” freqatının rəhbərlik etdiyi hərbi gəmilər dəstəsi Atlantik okeanında qəza vəziyyətində olan yaxtanı xilas edib. Hadisə vaxtı yaxtada fransızı xilas edib, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Hərbi idarədən bildirilib ki, Şimal Donanmasının gəmiləri Atlantik Okeanının mərkəzi hissəsində uzaqmənzilli tapşırıqlar yerinə yetirərkən gəmilərdən biri olan “Kama” tankeri qəza vəziyyətində olan yaxtadan siqnal alıb.
Tanker marşrutdan çıxaraq qəza baş verən əraziyə doğru hərəkət edib. Tankerin yoxlanış qrupu bir nəfəri əşyaları və iti ilə birlikdə göyərtəyə çıxarıb.
Müdafiə Nazirliyi xilas edilənin adının Lukas Monteu olduğunu, açıqlayıb. O, Atlantik okeanında təkbaşına səyahət etdiyini bildirib. Yaxtasında fırtına zamanı sükan çarxı sıradan çıxarkən gəmi batmağa başlayıb. Monteu nasazlığın öhdəsindən gələ bilməyib və kömək üçün işarə verib. Fransalıya tibbi yardım göstərilib, o, ən yaxın limana aparılıb.
Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı admiral Nikolay Evmenov açıq okeanda çətin vəziyyətə düşən şəxsə kömək etdiklərinə görə Şimal Donanmasının hərbi gəmi dəstəsinin marş qərargahına və “Kama” tankerinin ekipajına təşəkkür edib.
QAZİLER.AZ