Ailənin 3 üzvü bıçaqlandı

Ailənin 3 üzvü bıçaqlandı backend

Gəncədə dəhşətli qətl baş verdi

Gəncədə ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib. Hadisə zamanı ailənin 3 üzvü bıçaqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional mərkəzindən  verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub.

Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. 

QAZİLER.AZ

 

 

Diaspora