Aleksandra Zaxarik Minskdə saxlanıldı
"Viasna” hüquq-müdafiə mərkəzi öz Telegram kanalında Rusiyanın “Qolos” televiziya layihəsində iştirak edən 34 yaşlı müğənni Aleksandra Zaxarikin Minskdə saxlanıldığını bildirib. Qurumun məlumatına görə, müğənni “ictimai asayişi kobud surətdə pozan hərəkətləri təşkil etmək və hazırlamaq və ya bu hərəkətlərdə fəal iştirak etmək” maddəsi ilə ittiham olunub. Müğənninin evində axtarış aparılıb. Qeyd olunur ki, Zaxarik hazırda istintaq təcridxanasındadır. Aleksandra Zaxarik ən çox "Voice" şousunda iştirakı ilə tanınan caz müğənnisidir. 2009 və 2016-cı illərdə Eurovision üçün milli seçimin finalına yüksəlib. Bundan əlavə, 2016-cı ildə Zaxarik Belarusu "Yeni dalğa" müsabiqəsində də təmsil edib.
QAZİLƏR.AZ