Tamaşaçılar zaldan təxliyyə edilib
Rusiyanın paytaxtı Moskvadakı "İzmailovo" konsert zalının işçiləri və qonaqları partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidmətindən TASS-a bildirilib.
"İzmailovo” konsert zalında partlayış təhlükəsinin olması ilə bağlı anonim məlumat daxil olub. Təhlükəsizlik məqsədilə işçilər və ziyarətçilər təxliyə edilib", - agentliyin mənbəyi bildirib.
Mütəxəssislər binada və konsert zalına bitişik hissədə partlayıcı əşyaların və ya maddələrin olub-olmadığını yoxlayıblar.
Qeyd edək ki, bu gün “İzmailovo” konsert zalında erməni rəqs məktəbinin konserti başlayıb.