4 nəfər ölüb, 24 nəfər yaralanıb
Türkiyənin Kayseri vilayətində qəza hadisəsi baş verib. Beləki, avtobusun toqquşması nəticəsində 4 nəfər ölüb, daha 24 nəfər yaralanıb.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtobus relsdən çıxaraq aşıb.
Avtobus Malatyadan İstanbula gedirmiş. Hadisə yerinə çoxlu sayda xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qeyd olunur ki, 3 nəfər hadisə yerində, daha biri xəstəxanada dünyasını dəyişib. Üç yaralının vəziyyətinin ağır olduğu da bildirilir. Avtobusun sürücüsü həbs olunub.