İranda güclü zəlzələ baş verib

İranda güclü zəlzələ baş verib backend

Dağıntılar altında xeyli adam qalıb

İranın Xoy bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində 3 nəfər ölüb, daha 580 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə İran mətbuatı məlumat yayıb.

Verilən məlumata görə, ötən gecə  İranın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy rayonundan 8 km cənub-qərbdə yerləşib. Mənbə 15 km dərinlikdə yerləşib. Zəlzələdə 3 nəfərin öldüyü, 580 nəfərin xəsarət aldığı haqda İranın Təcili Yardım Təşkilatının rəsmi nümayəndəsi Müktəba Xaledi məlumat verib. Dalğanın güclü olduğu və dağıntıların geniş sahəni əhatə etdiyi üçün ölənlərin sayının artacağı ehtimal edilir. Xaledi əlavə edib ki, qaranlıq xilasetmə işlərini gecikdirib.

İranın Qərbi Azərbaycan əyalətinin Fövqəladə Hallar Departamentinin baş direktoru Əmir Abbas Cəfəri bildirib ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İranın Ərdəbil və Zəncan əyalətlərindəki xəstəxanalar hazır vəziyyətə gətirilib. Zəlzələdən 2 saat əvvəl isə qar yağıbmış. Bölgədə elektrik enerjisinin kəsildiyi bildirilib.

Diaspora