Polşada 7 nəfər yaralandı

Polşada 7 nəfər yaralandı backend

Yaşayış binasında dəhşətli partlayış baş verib

Polşanın Katovitse şəhərində bir binada baş verən təbii qaz partlayışında bina çöküb, 7 nəfər yaralanıb. Dağıntılar altında qaldığı ehtimal edilən 3-4 nəfərin axtarışları davam edir.

QHT.az xəbər verir ki,  Polşanın cənubundakı Katovitse şəhərindəki binada təbii qaz partlayışı baş verib. Biskup Herbert Bednorz küçəsindəki bina partlayış nəticəsində dağılıb.

Hadisə yerinə gələn xilasedicilər 7 nəfəri dağıntılar altından çıxarıblar. Onların xəsarət aldığı bildirilib.  Tibb briqadaları tərəfindən bina sakinlərinə ilkin tibbi yardım göstərilərkən, bədənində ağır yanıq xəsarətləri alan şəxs Semyanoviç  Yanıq Xəstəlikləri Xəstəxanasına çatdırılıb.

Dağıntılar altında sakinlərin qalma ehtimalı olduğundan onların axtarışları  axtarış-xilasetmə qrupları itlər və xüsusi texnika vasitəsilə həyata keçirilir. 

Diaspora