Daşkəsəndə vətəndaşlardan qanunsuz ov silahları götürülüb

Daşkəsəndə vətəndaşlardan qanunsuz ov silahları  götürülüb backend

Müsadirə olunan silahlar ekspertizaya təqdim olunub

Daşkəsən polisi qanunsuz silahların saxlanılması ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlərin nəticəsində rayon sakinləri Məzahir Məmmədov və Zaman Verdiyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

QAZİLER.AZ APA.AZ-a istinadən xəbər verir ki, vətəndaşlardan müsadirə edilən müxtəlif marka və kalibrli ov silahları müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Bununla da şöbə əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində keçirdikləri tədbirlər nəticəsində ümumilikdə 8 ov silahı və digər döyüş sursatları aşkarlanıb.

Diaspora