Babəkdə satışda at əti aşkarlandı
Naxçıvanın Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara tədarük etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.
QAZİLER.AZ APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, rayon polis idarəsinə yararsız ət satışı ilə məşğul olan şəxslər haqda məlumat daxil olub. Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən tədbirlərlə Naxçıvanın Babək rayonu sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Onların mal əti adı altında at əti satdıqları məlum olub. Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.
Faktla bağlı Babək rayonunda araşdırma aparılır.