"Bu terror hadisəsini sifariş edənlər və törədənlər ən ağır şəkildə cəzalandırılmalıdır" - Asəf Əliyev

"Bu terror hadisəsini sifariş edənlər və törədənlər ən ağır şəkildə cəzalandırılmalıdır" -  Asəf Əliyev backend

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb, onlardan biri əməliyyat olunub. 

Qaziler.az bildirir ki, səfirliyimizə olan bu xain hücumla bağlı "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev  bildirib ki, baş verən hadisə bizi sarsıdıb və kədərləndirib.

"Qarabağ qaziləri olaraq 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qəti şəkildə pisləyir və kəskin etirazımızı bildiririk. Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edir, onlara şəfa diləyirik. Təqsirkarların cəzalandırılmasını, bu terror hadisəsinə qiymət verilməsini tələb edirik. Bu hadisəni sifariş edənlər və törədənlər ən ağır şəkildə cəzalandırılmalıdır", - deyə o bildirib.

QAZİLER.AZ

 

Diaspora