Uşağın ayağı amputasiya olunub
Tver vilayətinin Doroşixa stansiyasında 11 yaşlı uşağı qatar vurub. Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dəmiryol xətti idarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə axşam saat 19:00 radələrində baş verib. Verilən məlumata görə yeniyetmə qardaşı və dostu ilə birlikdə dəmir yolunu keçmək istəyiblər. İki oğlan relsdən keçə bilib, üçüncü oğlanı isə qatar vurub.
Uşaq təcili yardım maşını ilə Tverdəki regional xəstəxanaya aparılıb: onun bir ayağı amputasiya edilib, digəri isə bərk əzilib. Uşağın reanimasiyada olduğu bildirilib.
QAZİLER.AZ