Onların həyatını xilas etmək mümkün olmadı
Cizrə ərazisində qətl hadisəsi baş verib. Verilən məlumatlara görə Cizre Rayon Polis Şöbəsinin iğtişaşlarla mübarizə şöbəsinin polis məmuru Sinan Bulduklu ilə müəllim Berna Kargi Bulduklu 3 ay əvvəl ailə həyatı qurubmuş. Ötən gecə cütlüyün evinə silahlı basqın olub. Atəş səsləri eşidən qonşular vəziyyəti polisə və tibb qruplarına xəbər verib. Qısa müddətdə hadisə yerinə gələn ekipajlar cütlüyü qan içində görüblər. İlk müdaxilənin ardından qruplar cütlüyü Cizre Dövlət Xəstəxanasına aparıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq, Bulduklular dünyasını dəyişib.
Hadisə ilə bağlı Şırnak Milli Təhsil İdarəsi mərhumunun ailəsinə və yaxınlarına başsağlığı verib.
Polis Sinan Bulduklunun cənazəsi məmləkəti Hataya, müəllim Berna Karga Bulduklunun cənazəsi isə məmləkəti Yozqata göndərilib.
QAZİLER.AZ