Tehrandakı səfirliyimizə hücum edən terrorçunu tərk-silah edən şəxs kimdir? - VİDEO

Tehrandakı səfirliyimizə hücum edən terrorçunu tərk-silah edən şəxs kimdir? - VİDEO backend

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.

Tehrandakı səfirliyimizə  hücum edənin tərk-silah edilməsi ilə bağlı video yayılıb. Videoda terrorçununu zərərsizləşdirən səfirliyimizin əməkdaşının kimliyi maraq doğurur. 

Qaziler.az həmin təhlükəsizlik əməkdaşının kimliyini müəyyənləşdirə bilib. 

Alınan məlumata görə, səfirliyin əməkdaşı Tağıyev Vasif Natiq oğludur. 1989-cu ildə Şuşa şəhərində anadan olub. Diplomatik korpuslarda işləyib. Azərbaycanın Rusiya, Gürcüstan və  Ukraynadakı səfirliklərində çalışıb.  Ailəlidir. İki qızı, bir oğlu var.

QAZİLER.AZ

 

Diaspora