Xəbər verdiyimiz kimi, bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər isə yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə onun silahdaşı sosial media hesabında paylaşım edib.
Qeyd edək ki, Orxan Əsgərov 1983-cü il təvəllüdlüdür.
QAZİLER.AZ