Moskvada dəhşətli cinayət hadisəsi baş verib

Moskvada dəhşətli cinayət hadisəsi baş verib backend

Oğul 63 yaşlı anasını öldürdü, 40 yaşlı bacısını yaraladı

Moskvada dəhşətli ailə faciəsi baş verib. Vitebski küçəsindəki mənzildə ailə münaqişəsi zəminində 33 yaşll oğlan 63 yaşlı anasını və 40 yaşlı bacısını bıçaqlayıb. Həkimlər hadisə yerinə gələnə kimi ana keçinib, qızı isə xəstəxanaya çatdırılıb. Həkimlərin ciddi səyi nəticəsində 40 yaşlı qadının həyatını xilas etmək mümkün olub. Bu barədə Böyükşəhər Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları qohumlarına hücum etdiyini etiraf edən oğlanı saxlayıb. Məhkəmə prokurorluğun mövqeyini nəzərə alaraq rusiyalının istintaq təcridxanasına göndərilməsinə qərar verib. Həmin şəxs bu ilin martın 23-dək orada qalacaq. Cinayət işi üzrə istintaq davam etdirilir.

QAZİLER.AZ

Diaspora