Türkiyədə ağır yol qəzası-ölən və yaralananlar var

Türkiyədə ağır yol qəzası-ölən və yaralananlar var backend

Aydında "Jeep" avtobusla toqquşub

Aydın şəhərində ağır yol qəzası baş verib. Beləki, Adnan Menderes Universitetinin şəhərciyində baş verən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Turan Bakirin idarə etdiyi "Jeep" ilə Gökhan Özelin idarə etdiyi ictimai avtobusun toqquşduğu bildirilib.

Xəbərdarlıq əsasında bölgəyə polis, tibb işçiləri və yanğınsöndürənlər göndərilib. Sağlamlıq qrupları "Jeep"-in sürücüsünün həyat yoldaşı Nural Bakirin qəza yerində dünyasını dəyişdiyini müəyyən edib.

Yaralı sürücülər, "Jeep"-də olan Simge Bakir və avtobusda olan sərnişin Tuğba Kavlu təcili yardımla Aydın Adnan Menderes Universiteti Xəstəxanasına aparılıb.

Həmin gün Nural və Turan Bəkir cütlüyünün qızları Simge Bakirin aspiranturaya sənəd vermək üçün Aydına gəldikləri məlum olub.

QAZİLER.AZ

 

loading...
Diaspora