Kazanda ana və 3 uşağını maşın vurub

Kazanda ana və 3 uşağını maşın vurub backend

Piyada səhlənkarlığı qəzaya səbəb olub

Kazanda piyada keçidində üç uşağı olan qadını avtomobil vurub. Bu barədə RF İstintaq Komitəsinin Tatarıstan üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib. Məlumatda bildirilib ki, Kazan şəhərinin Lomjinskaya küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2016, 2018 və 2020-ci il təvəllüdlü üç uşaq, həmçinin onların 26 yaşlı anası xəsarət alıb. Bu faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Tatarıstan üzrə istintaq orqanları cinayət işi açıb. Xatırladaq ki, sürücü Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsi nə əsasən məsuliyyətə cəlb olunub.

Qeyd olunur ki, qəza zamanı uşaqlı qadın nizamlanmayan piyada keçidində yolu keçib. Yaralılar xəstəxanaya çatdırılıb.

QAZİLER.AZ

 

 

Diaspora