Azadlıqdan məhbəsə bir addım...

Azadlıqdan məhbəsə bir addım... backend

Türkiyədə ana oğluna atəş açdı

Hadisə ötən gün saat 17:00 radələrində Topçular Məhəlləsində Qazanfər Bilgə bulvarında baş verib. Canan Kara evdə mübahisə etdiyi oğlu Mert Karanı tapança ilə ayağından vurub. Yaralı Mert Kara hadisə yerinə gələn Sağlamlıq Qrupu tərəfindən xəstəxanaya aparılıb. Türkiyə mətbuatı hadisə ilə bağlı məlumat verib.

Polislər Canan Karanı saxlayıblar. Ana polis bölməsində verdiyi ifadəsində oğlunu qorxutmaq istədiyini bildirib: “Oğlumu güllələmək istəmədim. Mübahisə zamanı atamdan qalan silahı alıb onu qorxutmaq istədim. Mən silahın içində güllə olduğunu bilmirdim”, deyə, ifadəsində deyib. Polis bölməsindəki əməliyyatlardan sonra məhkəmə binasına gətirilən Canan Kara məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

QAZİLER.AZ

 

Diaspora