Yükdaşıyan fəhlə 700 min rubl oğurladı

Yükdaşıyan fəhlə 700 min rubl oğurladı backend

Onu 6 il həbs cəzası gözləyir

Xabarovskidə ticarət mərkəzin oğurluq hadisəsi baş verib. Mağazada yükdaşıyan şəxs 700 min rubl oğurlayıb. Bundan sonra o, Primoryeyə qaçmağa cəhd edib. Polis əməkdaşları cinayətin motivlərini izah edən şübhəli şəxsi tapıblar. Dindirilmə zamanı hər şeyi etiraf edib. Fikirləşdim ki, heç kim itkini hiss etməyəcək, çünki mağaza sahibinin onsuz da çoxlu pulu var idi, deyə bildirib. Oğurladığı pulların yarısını xarici valyutaya çevirdiyini, özünə tamamilə yeni iPhone aldığını deyib.

Beləki, həmin gün  Vıborqski bazarındakı Ticarət pavilyonlarından birinin sahibi çantasına təxminən dörd milyon rubl qoyub. O, çantasını iş yerində şkafın içində gizlədib və açarla kilidləyib. Axşam evə gələn qadın məbləği hesablayıb və məlum olub ki, kimsə ondan 700 min rubl oğurlayıb.

Polis geniş axtarış işlərdən sonra oğrunun bir aya yaxın bazarda işləyən yükdaşıyan fəhlənin  olduğunu müəyyən edib. 27 yaşlı gənc sahibinin pul dolu çantasını şkafın içinə qoyduğunu görüb. Bu isə onun fikrindən yayınmayıb. Pulları mənimsəmək üçün şkafın qıfılını tapıb və pulların onsuz da çox olduğundan oğurladığı məbləğin hiss olunmadığını fikirləşərək ordan 700 min rublu oğurlayıb. 

Rusiyanın Xabarovsk üzrə  Daxili İşlər Nazirliyinin idarəsindən bildiriblər ki, oğru daha əvvəl sənədlərin saxtalaşdırılmasına görə həbs olunub. Hazırda saxlanılan şəxsi 6 il həbs cəzası gözləyir, faktla bağlı araşdırma aparılır. 

QAZİLER.AZ

Diaspora