Qız anasının və qardaşlarının gözü önündə yandı
Xabarovsk vilayətinin Mılki stansiyasında Karernaya küçəsindəki evdə yanğın baş verən vaxt üç uşaq qalıb. Ana bir tanışına baş çəkmək üçün evi və 2 azyaşlı-13 və 8 yaşlı oğullarını 17 yaşlı qızına həvalə edərək edərək Amurska gedib.
Şiddətli şaxtalar daha da sərtləşir, gecə havanın temperaturu təxminən -40 dərəcəyə düşür. Uşaqlar donmamaq üçün evdəki qızdırıcıları işə salırlar. Yəqin ki, başqa elektrik qızdırıcıları da işləyirdi. Bundan əvvəl qurğulardan biri sıradan çıxıb və yanğın başlayıb. Yanğın bir anda kərpic evi tamamilə məhv edib. Gecə saat 02.20-də yanğını söndürməyə başlayan FHN əməkdaşları saat 09.20-də yanğını tam söndürə biliblər. "Komsomolskaya pravda" saytının verdiyi məlumata görə yanğın vaxtı azyaşlılar qaçıb evdən çıxa biliblər, amma 17 yaşlı qız çıxa bilməyib. Yanğın söndürüləndə uşaqların anası evə çatıb. Yanğından sonra evə baxış keçirən əməliyyatçılar qızın cansız bədənini yanmış evdə aşkar ediblər.
QAZİLER.AZ