Qəddar ata saxlanıldı
Hadisənin şahidi olan qadının dediyinə görə, uşaq yarı geyinili halda yoldan keçənlərdən kömək istəyib, onun arxasınca da bir uşaq qaçırmış. O, uşağı girişə qədər aparsa da, uşaq evə getməkdən qəti şəkildə imtina edib. Uşaqların yardıma ehtiyacı olduğunu görən qadın onları öz evinə aparıb. Qadın təcili yardım və Fövqəladə Hallar Nazirliyinə zəng edib. Bu zaman uşaqlardan nisbətən böyüyü, atasının kiçik oğlanı döydüyünü deyib.
Təcili yardım gələndə uşaqların ən kiçiyinin bədənində çoxsaylı yaralar aşkar ediblər: əlləri kəsilib, bədənində çapıqlar var. Uşaq iplə döyüldüyünü etiraf edib. Bundan sonra həkim və qadın polisə müraciət ediblər.
Hadisə yerinə gələn polislər uşağın atasını saxlayıblar. Məlum olub ki, o evdə uşaqlarla pis davranır, onları incidirmiş. Həmin gün də o evdə balaca uşağı döyən vaxt nyaşca nisbətən ondan böyük olan uşaq kömək üçün qaçmaq istəyib. Lakin azyaşlı, atasının onun dalınca gəldiyini görüb və özünü qorxudan 2-ci mərtəbədən aşağı atıb. Uşaq onurğası sınması şübhəsiylə xəstəxanaya yerləşdirilib.
QAZİLER.AZ