Ev sahibini döyüb, evi isə yandırıb
Rostov vilayətində quldur ev sahibini çəkiclə döyərək sonra evini yandırıb. Cinayəti törədən şəxs artıq cəzasını alıb. Həmin şəxs Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirli bilinib.
Rostov vilayətində bir nəfərə hücum edərək qarət edən Millerovo şəhər sakini məhkum edilib. Hücum edən şəxs qurbanı şiddətlə döyüb, hətta onu öldürməyə də cəhd edib. Bu barədə Millerovski rayonlararası prokurorluğundan məlumat verilib. İstintaqın məlumatına görə, həmin gün 25 yaşlı İqor (ad dəyişdirilib - red.) spirtli içki qəbul edib. Artıq kifayət qədər sərxoş olandan sonra başqa bir şəhər sakinini soymaq qərarına gəlib. Elə həmin axşam o, oğurluq məqsədilə şəhərdəki evlərdən birinə girib, qiymətli əşyalar onun diqqətini çəkib. Bu zaman otağa ev sahibi 24 yaşlı oğlan daxil olub. Gənc qorxaraq polisə zəng vurmağa çalışsa da, içəri girən şəxs ona hücum edib. Cinayətkar əvvəlcə yumruqları ilə qurbanın başına vurub, sonra çəkiclə daha bir neçə zərbə endirib. Bundan sonra İqor hadisə yerindən uzaqlaşıb. Aldığı ağır xəsarətlərə baxmayaraq, döyülən oğlan telefonu tapıb və yenidən kömək istəməyə çalışıb. Lakin soyğunçu qəfildən cinayət yerinə qayıdıb. O, zərərçəkənin mobil telefonunu götürüb. Zərərçəkmişdən yaxa qurtarmaq və cinayətin izlərini gizlətmək qərarına gələn təqsirləndirilən şəxs yanacaü mayeni süzərək evi yandırıb. Daha sonra o, cinayət yerindən qaçıb. Özünü qismən təqsirli bilib. Məlum olub ki, ev sahibi alovu söndürə bilib. O, hadisə yerinə təcili tibbi yardım və polis çağırıb. İqor dərhal saxlanılıb. Onun barəsində bir neçə maddə ilə “Yaşayış sahəsinə qanunsuz daxil olma”, “Öldürməyə cəhd”, “Soyğunçuluq” və “Özünün əmlakını qəsdən məhv etməyə cəhd” maddəsi ilə cinayət işi açılıb. Məhkəmədə kişi özünü təqsirli bilib. - Məhkəmə cinayət işinə baxılmasının nəticələrinə görə onu sadalanan maddələrin hamısında nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilib. O, sərt rejimli koloniyada 12 il müddətinə azadlıqdan məhrum edilib.
QAZİLER.AZ