Asiyalı kişi Kaliforniyada 10 nəfəri qətlə yetirdi
Kaliforniyada polis atəş açan orta yaşlı asiyalı kişini axtarır. Bu barədə Los-Anceles dairəsinin şerifi Robert Luna mətbuat konfransında bildirib.Şahid ifadəsində atəş açan adamın görünüşü barədə məlumat verilib.
ABŞ prezidenti Co Bayden ABŞ-ın Kaliforniya ştatının Monterey Park şəhərində 10 nəfərin öldüyü, ən azı 10 nəfərin yaralandığı kütləvi atışma ilə bağlı başsağlığı verib.
Bayden həmçinin yerli əhalini vəziyyətin inkişafı ilə bağlı yaxın bir neçə saat ərzində yerli hakimiyyət orqanlarının və hüquq-mühafizə qüvvələrinin göstərişlərinə əməl etməyə çağırıb.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pyer ABŞ prezidenti Co Baydenin Kaliforniyadakı atışmadan sonra FTB-nin yerli hakimiyyət orqanlarına yardım edəcəyini bildirmişdi.
Xatırladaq ki, Amerikanın Monterey Park şəhərində (Kaliforniya) Çin Yeni ilini qeyd edən zaman atışma olub, ölən və yaralananlar var.
QAZİLER.AZ