Sürücü 2042-ci ilə qədər sürücülükdən məhrum edildi
Kırıkkalədə başqasına aid avtomobillə qəza törədən sürücü bir neçə qayda pozuntusu etdiyi aşkar olunaraq yol polisləri tərəfindən qanunla cəzalandı və əlavə olaraq ona 16 min 632 lirə pul cəriməsi kəsildi. Qəza törədən 62 yaşlı sürücü sürücülük vəsiqəsi olmadan, başqasına aid avtomobili sığortasız və içkili vəziyyətdə idarə etdiyinə görə məsuliyyətə cəlb olunub. Verilən məlumata görə o indiyə qədər 5 dəfə içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə cərimələnib.
Qəza axşam saatlarında Kırıkkale-Çorum yolu üzərində baş verib. Sürücü idarə etməni itirərək 06 Z 34 12 dövlət nömrə nişanlı avtomobil aşırıb.
112 mərkəzinə hadisə ilə bağlı məlumat verilib. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Qəzada yaralanan sürücüyə ilk tibbi yardım göstərildikdən sonra o, Yüksək İxtisas Xəstəxanasına yerləşdirilib. Sürücü müayinə olunarkən onun içkili olduğu və səhhətinin normal olduğu məlum olub.
Polis əməkdaşları 5-ci dəfə içkili avtomobil idarə etdiyinə görə məsuliyyətə cəlb olunan sürücünün sürücülük vəsiqəsi almağa 2042-ci ildə qədər qadağa qoydu. Bununla yanaşı avtomobilin sahibinə də 8190 lirə pul cəriməsi tətbiq olundu. Qəzayla bağlı araşdırma aparılır.
QAZİLER.AZ