Sultanahmedde yanğın oldu

Sultanahmedde yanğın oldu backend

Restoranın damı yandı

Fateh Sultanahmedde 3 mərtəbəli restoranda yanğın baş verib. Restoranın damında təmir işləri getdiyi anda gözlənilmədən ətrafı alovlar bürüyüb. Hadisə yerinə dərhal uanğınsöndürənlər gəlib.  

Yanğın saat  16.45-də Aləmdar məhəlləsi, Yerəbatan Sarnıcı döngəsimdə yerləşən böyük bir restoranda baş verib. Hadisəyə səbəb kimi təmir lşləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması göstərilib.  

Yanğın ətrafdakıların təlaşına səbəb olub. Hadisə zamanı damda təmir işləri aparan fəhlələr öz səyləri nəticəsində yanğın olan ərazini tərk edə biliblər. Yanğın söndürənlər dərhal hadisə yerinə gəldiklərindən yanğın geniş ərazini əhatə edə bilməyib. Restoranın fəaliyyətdə olmadığı bildirilib. Hadisə vaxtında da restoranda damda təmir işləri görən fəhlələrdən başqa heç kim olmayıb. 

QAZİLER.AZ

loading...
Diaspora