Azyaşlı atasının silahından atəş açdı

Azyaşlı atasının silahından atəş açdı backend

7 yaşlı uşaq yaralandı

Yenə valideyn məsuliyyətsizliyii... Yenə nəzarətsiz qalan azyaşlılar... Və sonda cinayət hadisəsi... Yanvarın 20-də saat 17 radələrində odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq barədə polisə məlumat daxil olub. 

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, 9 yaşlı uşaq evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirib.

Hadisə yerinə gələn polis əməkdaşları orda müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər. Bu haqda DİN şöbə rəisi  Elşad Hacıyev açıqlama verib. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Diaspora