İkinci Fəxri xiyabanda RƏZALƏT - VİDEO

İkinci Fəxri xiyabanda  RƏZALƏT -  VİDEO backend

Daxili işlər Nazirliyi İkinci Fəxri xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllərin oğurlanması ilə bağlı yayılan videogörüntülərlə bağlı açıqlama verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq məsələ barədə məlumatlıdırlar:

“Faktla bağlı araşdırmalara başlanılıb”.

14:42

İkinci Fəxri xiyabanda şəhidlərin məzarları üstünə qoyulmuş əklil və güllər oğurlanıb.

Bu barədə Lent.az-a Qarabağ müharibəsi şəhidi Nurəhməd Hacıbəy oğlu Ulubəyovun yaxınları məlumat veriblər. 

Şəhid yaxınlarının dediyinə görə, məzarların üstündəki güllərin oğurlanması ilk dəfə baş vermir:

“Biz tez-tez belə hallarla qarşılaşırıq. Dəfələrlə bu barədə polisə məlumat vermişik. Hətta gül oğruları videomüşahidə kameralarına da düşüb. Həmin görüntüləri də polisə təqdim etmişik. Bu xırda hadisə kimi görünsə də, şəhid ailələrinə çox böyük hörmətsizlikdir”.

Xatırladaq ki, xiyabanın sözügedən ərazisində mühafizə fəaliyyət göstərir. 

Həmin görüntüləri təqdim edirik:

loading...
Diaspora