Bakıda marşrut avtobusu 10 yaşlı uşağı vuraraq öldürüb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, 44 saylı marşrut üzrə hərəkət edən “Daevo” markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.
Araşdırma aparılır.