Bu gün səhər saatlarında “Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasında dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun Oxu.Az-a verdiyi məlumata görə, həmin şəxs 1965-ci il təvəllüdlü Xəqani Hüseynovdur.
08:44
Bakı metrosunda sərnişin ölüb.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Belə ki, təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 07:45-də qatardan düşürülüb.
Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib.
Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib.