Gəncədə 14 yaşlı yeniyetmə naməlum şəraitdə vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Qusar rayon sakini 2009-cu il təvəllüdlü Elnur Ulubəyovun şəhərdə kirayə qaldığı evdə halı pisləşib.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, ancaq xəstəxanada müayinə zamanı artıq həyatını itirdiyi məlum olub.
Yaxınların Elnur Ulubəyovun ötən gün bir az qızdırması olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır.