Türkiyənin Samsun bölgəsinin Canik şəhərində yerləşən orta məktəbində cinayət hadisəsi yaşanıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, ərindən boşanan 3 uşaq anası Zerrin Büyük (50 yaş) sevgilisi ilə (52 yaş) qəyyumluğu atalarında olan 2 övladını görmək üçün məktəbə gedib.
Anasının qardaşlarını görmək üçün məktəbdə olduğunu eşidən lisey şagirdi A.A.Ö. də tapancayla məktəbə gəlib. O, əvvəlcə anasına, daha sonra sevgilisina tapancayla atəş açaraq hadisə yerindən qaçıb.
Zerrin Büyük yaralı halda xəstəxanaya çatdırılıb. Bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Sevgilisinin isə vəziyyətinin ağır olduğu bildirilib.
Cinayət hadisəsindən sonra 17 yaşlı lisey şagirdi və atası saxlanılıb.
QAZİLER.AZ