Şəmkirdə valyuta dəyişmə məntəqəsinə qumbara atılıb - Yenilənib

Şəmkirdə valyuta dəyişmə məntəqəsinə qumbara atılıb - Yenilənib backend

Şəmkirdə valyutadəyişmə məntəqəsində baş vermiş partlayışdan sonra yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə ilə bağlı dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gedib.

"Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

 

*****

18:06

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılması nəticəsində iki nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, şəhər ərazisində fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin birində partlayış olub.

Hadisə nəticəsində, 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılıması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

loading...
Diaspora