Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

Bakıda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri yayıldı –  VİDEO backend

Bakının Heydər Əliyev prospektində baş verən və beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın baş vermə anının görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, müvafiq video sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən aydın olur ki, yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə işıq dirəyinə çırpılıb, ardınca isə qarşı hərəkət istiqamətinə düşərək həmin yolda hərəkətdə olan “Toyota Prius” markalı avtomobillə toqquşur.

Sözügedən videonu təqdim edirik:

loading...
Diaspora