Zaqatalada özünü güllələyən oğlanla bağlı bəzi məlumatlar ortaya çıxıb.
APA-nın məlumatına görə, ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini 1994-cü il təvəllüdlü Cavidan Murad oğlu Muradov qardaşı və dostu ilə birlikdə “Muravey” markalı mopedlə kəndin inzibati ərazisindəki meşəlik sahədəki şəxsi təsərrüfatına işləməyə gedib.
Hadisə baş verən zaman Cavidan Muradov mopedi idarə edirmiş və o, əlində tutduğu silahla ehtiyatsız davranıb. Nəticədə silahdan açılan atəş onun baş nahiyəsində ciddi zədəyə səbəb olub.
Cavidan Muradov aldığı güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
*****
01:13
Zaqatalada özünü güllələyən oğlanla bağlı bəzi məlumatlar əldə edilib.
Lent.az xəbər verir ki, 28 yaşlı Cavidan Muradov bir il əvvəl ailə həyatı qurubmuş.
Bu gün yaxınları ilə birgə meşəyə ova gedən C.Muradovun əlindəki silah ehtiyyatsızlıqdan açılıb. Nəticədə o aldığı güllə yarasından ölüb.