Bakıda keçirilən konsertdə təhlükəli anlar yaşanıb - VİDEO

Bakıda keçirilən konsertdə təhlükəli anlar yaşanıb -  VİDEO backend

Bu gün müğənni Ayaz Babayevin "Dəniz Mall" ticarət mərkəzində baş tutan konsertində təhlükəli anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, konsert zamanı fotoqraf Tariel Hüseynov hovuza yıxılıb.

Belə ki, fotoqraf boğulma təhlükəsi ilə üz-üzə qalıb. Mühafizə son anda onu xilas edib.

Baş verən hadisə ilə əlaqədar “Dəniz Mall” ticarət mərkəzi məlumat yayıb.

Məlumata görə, tədbirin fotoqrafı konsert zamanı ehtiyatsızlıqdan suya düşüb.

“Mərkəzin mühafizəsinin ani müdaxiləsi nəticəsində fotoqraf sudan tez çıxarılıb. Hər şey qaydasındadır”, - deyə bildirilib.

Hadisə ilə əlaqədar Ayaz Babayev sosial şəbəkədə paylaşım edib.

O, qeyd edib ki, konsert çox uğurlu keçib.

loading...
Diaspora