Türkiyənin Diyarbakır şəhərində müştəri ipoteka ilə bağlı bank işçisi ilə mübahisə etdikdən sonra çölə çıxıb.
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, bu zaman bank işçiləri nahar fasiləsində olub.
İşçilər nahardan qayıtdıqdan sonra müştəri ov tüfəngi ilə geri qayıdaraq bankın 3-cü mərtəbəsindəki pəncərələrə çöldən 7 dəfə atəş açıb.
Hadisə zamanı xəsarət alan olmasa da binaya xətər dəyib.
Dərhal əraziyə polis qrupları cəlb edilib. Banka hücum edən şəxs silahı ilə birlikdə saxlanılıb.
QAZİLER.AZ


