“Azərişıq”ın iki əməkdaşını elektrik cərəyanı vurub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə elektrik yarımstansiyasında baş verib.
Belə ki, Ağdaş Elektrik Şəbəkəsinin əməkdaşları 1983-cü il təvəllüdlü Nəbiyev Ceyhun Vahid oğlu və 1986-cı il təvəllüdlü Mustafayev Elşən Etibar oğlunu elektrik cərəyanı vurub.
Hadisə zamanı Nəbiyev Ceyhun Vahid oğlu hadisə yerində dünyasını dəyişib, Mustafayev Elşən Etibar oğlunun isə vəziyyəti ağırdır.