Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi nədir?

Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi nədir? backend

“Xəzər dənizində suitilərin kütləvi ölümünə metan səbəb ola bilər”.

Bu barədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov məlumat verib:

“Müxtəlif seysmik hərəkətlər nəticəsində təkanlar, mikroçatlar, nasazlıqlar yaranır və təbii qaz çıxır. Təbii qaz, praktiki olaraq, tamamilə metandır. O, suda yaxşı həll olunmur və səthə qalxır”.

Ekspertin sözlərinə görə, ehtimal ki, suitilər sonradan onların sinir sistemini məhv edən metanla nəfəs alıblar. Muxametov bildirib ki, Xəzər sularına kimyəvi sızma ehtimalı azdır, çünki belə olan halda dəniz faunasının digər nümayəndələri də zərər çəkərdi.

Digər ehtimal da təbii qaz tullantılarının yaratdığı hipoksiya səbəbindən suitilərin tələf olmasıdır.

Qeyd edək ki, dekabrın 3-də Xəzər dənizinin Dağıstan sahillərində 700-ə yaxın ölü suiti tapılıb, ertəsi gün bu rəqəm 2,5 minə çatıb.

Mənbə: İzvestiya / Oxu.az

Diaspora