Goranboyda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 16:50-də Gəncə stansiyasından 29 km cənub-şərqdə Goranboy rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə bəzi insanlar tərəfindən hiss olunub.
Zəlzələnin maqnitudası 3.8, dərinliyi 20 km olub.