Türkiyədə baş verən zəlzələnin səsi qeydə alındı - VİDEO

Türkiyədə baş verən zəlzələnin səsi qeydə alındı - VİDEO backend

Türkiyənin Düzcə vilayətində baş verən 5,9 bal gücündəki zəlzələnin yerin altındakı səsi qeydə alınıb.

Qaziler.az xəbər verir ki, səs Sinopun Xüsusi İdarə Müdirliyinin seysmoloqu tərəfində lentə alınıb.

Seysmoloq təbii fəlakətdən sonra qeydə alınan 9 saniyəlik səs qeydini belə şərh edib: “Burada maraqlı olan odur ki, zəlzələ qısa müddətə enerjisini boşaldıb. Bu, daha az zərər deməkdir, çünki pik sürətlənmələr yaratmır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Düzcə vilayətində baş verən zəlzələ zamanı 2 nəfər dünyasını dəyişib, 68 nəfər yaralanıb.

QAZİLER.AZ

Diaspora