Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.
Qaziler.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.
O, qeyd edib ki, terror aktını qadın törədib.
“Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, - Fuad Oktay bildirib.
Hadisə terror aktı kimi qiymətləndirilir.
*****
18:57
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
Bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.
"İstiqlal küçəsində baş verən partlayış zamanı ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.
Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - o tivter hesabında yazıb.
Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
*****
18:19
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində partlayış baş verib. Hadisə zamanı ölən və yaralananlar var.
"Haber Global" xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.
Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.
Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.
Partlayışın səbəbi məlum deyil.