Bakıda iki qardaş siçan dərmanını “jelibon” bilərək yeyib öldü

Bakıda iki qardaş siçan dərmanını “jelibon” bilərək yeyib öldü backend

Bakıda dəhşətli hadisə baş verib.

Manset.az-ın məlumatına görə, Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək zəhərlənib ölüblər. Hadisə baş verən evin qonşuları bildiriblər ki, 5 yaşlı E.Ə. və 3 yaşlı O.Ə. səhvən siçan dərmanını “jelibon” bilərək yeyiblər.

Sonra hər iki qardaş qəfil yerə yıxılıblar və dünyasını dəyişiblər.

Qeyd olunur ki, ailənin onlardan başqa övladları yoxdur. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.

Diaspora