Avtomobil kanala düşüb, bu gün toyu olacaq qız və qohumu ölüb - YENİLƏNİB

Avtomobil kanala düşüb, bu gün toyu olacaq qız və qohumu ölüb -  YENİLƏNİB backend

Yevlaxda avtomobilin aşaraq su kanalına düşməsi nəticəsində daha bir qadının öldüyü məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, kanala düşən BMW markalı avtomobilin içərisində olan sərnişinlərdən biri Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı ölənlərin sayı üçü çatıb.

Qeyd edək ki, G.Hüseynova bu gün toya hazırlaşan Nuranə Hüseynovanın qohumudur.

Yevlaxda avtomobilin su kanalına düşməsi nəticəsində iki nəfər ölüb, bir nəfərin axtarışları davam etdirilir. 

 

10.36

Bu barədə "Report"a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, noyabrın 7-də səhər saatlarında rayonun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi BMW markalı avtomobili su kanalına aşırıb. Nəticədə F.Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər  sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

10.01

Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.

"Report"un bölgə müxbiri xəbər verir ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan bir qadın və bir kişi dünyasını dəyişib.

Onların meyti tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.

Diaspora