Xətai rayonunda evdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Xətai rayonunda evdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB backend

Bakıda fərdi yaşayış evindəki yanğın söndürülüb.

Qaziler.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək",- deyə bildirilib.

***

Saat 21:58

Bakıda fərdi yaşayış evində yanğın olub.

Qaziler.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək”,- deyə məlumatda qeyd olunub.

loading...
Diaspora