Cəbrayılda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımın son vəziyyətləri açıqlandı - FOTO

Cəbrayılda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımın son vəziyyətləri açıqlandı - FOTO backend

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım və partiyanın istanbullu deputatı Şamil Ayrımın vəziyyəti yaxşıdır.

Bu barədə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay özünün “Twitter” hesabında xəbər verib.

O, tvitinə Çam və Sakura xəstəxanalarından fotolar əlavə edib.

“Hər ikisini çox yaxşı gördük, şükür. Bir daha sizə ən xoş arzularımı yetirir və tezliklə sağalmağınızı arzulayıram”, - deyə o, paylaşımında bildirib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən Binəli Yıldırım və Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

loading...
Diaspora