Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Oxu.Az xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, 164 nömrəli müntəzəm xətt üzrə hərəkətdə olan sərnişin avtobusu ilə “Mercedes-Benz” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.


