ATV-də vəfat edən əməkdaş telekanalın Nəqliyyat şöbəsinin müdiri Məmmədov Mustafa olub.
Telekanaldan Oxu.Az-a verilən məlumata görə, o bu gün iş yerində dünyasını dəyişib. Təcili tibbi yardım çağırılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib.
Qeyd edək ki, bu gün ATV telekanalının əməkdaşı nahar fasiləsində yeməkxanada yemək yeyərkən boğazında qida qalığı qalıb. Qida nəfəs borusuna düşdüyündən şəxsin həyatını xilas etmək mümkün olmayıb.