Kürdəmirdə maşınların altında qalan piyada hissələrə parçalandı

Kürdəmirdə maşınların altında qalan piyada hissələrə parçalandı backend

Kürdəmir rayonunda avtomobillərin altında qalan piyadanın bədəni bir neçə hissəyə parçalanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı nəqliyyat vasitəsinin sürücüsü, Bakı sakini Alızadə İsmayıl Sakit oğlu Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Ərəbqubalı kənd sakini Əliyev İlham Sabir oğlunu vurub.

Piyada zərbənin təsirindən yolun digər hissəsinə düşüb və digər avtomobillərin altında qalıb. Nəticədə piyadanın bədəni bir neçə hissəyə parçalanıb.

Dünyasını dəyişən şəxsin cəsədinin qalıqları yoldan yığılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Diaspora