Tərtər rayonunda iki minik avtomobili və mikroavtobusun iştirakı ilə baş verən ağır qəzanın bəzi təfərrüatı məlum olub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin xəttilə Tərtər şəhərində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilən kursun iştirakçıları olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) “Report”a bildirilib ki, toy karvanı ilə hərəkət edən “KİA” markalı minik avtomobili ilə “Toyota Prius” markalı minik maşını toqquşub: "Daha sonra “Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil qarşıda hərəkət edən mikroavtobusa çırpılıb. Nəticədə “Toyota Prius”un sərnişini aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ümumilikdə qəza zamanı 8 nəfər yüngül xəsarət alıb. Faktla bağlı araşdırmalar davam etdirilir".
18:23
Tərtər rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, “Kia” və “Prius” markalı minik avtomobilləri toqquşaraq yolun kənarında dayanan mikroavtobusa çırpılıblar.
Hadisə nəticəsində bir nəfər ölüb, 10-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda ölən və yaralıların kimliyi, eləcə də hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.